Dərc edildi: Baxış sayı: 635
Çində mobil nömrə almaq istəyənlər bu prosedurlardan keçməlidirlər
Dekabrın birindən Çində sim-kart alan hər kəsin üzünün məcburi şəkildə skan edilməsi haqqında hökumətin tələbi qüvvəyə minib.
RİA-nın məlumatına görə, Çinin Sənaye və İnformasiya Nazirliyində hesab edirlər ki, bu tədbir kibercinayətlə və telekommunikasiya fırıldaqçılığı ilə mübarizəyə yardım edəcək.
Bu günə qədər Çində sim-kart alıcıları şəxsiyyətlərini təsdiq edən sənəd təqdim edirdilər. Bundan başqa, hər bir alıcının şəkli çəkilirdi. İndi isə bu proseslərə yeni məcburi qaydalar da əlavə olunub.
Bundan başqa, Çin hökuməti mobil operatorlardan üçüncü şəxslərə sim-kart satmamağı tələb edirlər. Yəni, hər bir operator alınmış nömrənin başqasına satılmaması üçün tədbirlər görməlidir.g
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət