Slimfit
  1. DÜNYA

Çində koronavirus barədə ilk xəbər verən həkimlərdən biri virusdan ölüb

Çində koronavirus barədə ilk xəbər verən həkimlərdən biri virusdan ölüb
Sakura

Çində koronavirus barədə ilk xəbər verən həkimlərdən biri virusdan ölüb

Çində koronavirusun yeni növü barədə ictimaiyyəti ilk məlumatlandıran 8 həkimdən biri olan Li Venlian fevralın 7-də virusdan ölüb.

AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, Uxan şəhərindəki Mərkəzi Xəstəxananın oftalmoloqu olan 33 yaşlı Li Venlian yerli vaxtla gecə saat 2:58-də (Bakı vaxtı ilə 22:58) vəfat edib. Sosial şəbəkələrdə onun ölümü barədə məlumata qısa zamanda milyonlarla şərh yazılıb. Dünya Səhiyyə Təşkilatının rəsmiləri də onun ölümünə kədərləndiyini bildiriblər.

Qeyd edək ki, Li Venlian ötən il dekabrın 30-da “Wechat” messencerindəki qruplardan birində Uxan Mərkəzi Xəstəxanasında 7 nəfərin SARS-a oxşar virusa yoluxmasını təsdiqləyən raport gördüyünü yazıb. Yanvarın 3-də Li və bu barədə ictimaiyyətə məlumat verən digər 7 həkim polisə çağırılaraq, internet resurslarında yalan məlumat yaydıqlarına görə tənbeh olunublar. Bundan sonra işini davam etdirən həkim Li Venlianda yanvarın 10-dan etibarən koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin əlamətlərindən öskürək və qızdırma müşahidə olunmağa başlayıb. O, fevralın 1-də “Weibo” sosial şəbəkəsində koronavirusa yoluxması barədə status yazıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR