Dərc edildi: Baxış sayı: 471
Çində kişi balıq tutmaq üçün çətirdən istifadə etdi
Çində yerli sakinlərdən biri qeyri-adi üsulla balıq tutub.
“People`s Daily” xəbər verir ki, bunun üçün o adi çətirdən istifadə edib.
Kadrlarda göründüyü kimi, həmin kişi əlverişli yerdə duraraq arxasına ip bağlanmış çətiri çayın səthinədək buraxır.
Nəticədə kaskaddan aşağı düşən balıqlar avtomatik olaraq çətirin içinə tullanır.
Bundan sonra kişiyə balıqla dolu çətiri yuxarı qaldırmaq qalır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət