Slimfit
  1. TEXNOLOGİYA

Çində ilk “5G” küçə fənəri quraşdırılıb

Çində ilk “5G” küçə fənəri quraşdırılıb
Sakura

Çində ilk “5G” küçə fənəri quraşdırılıb

Çinin mərkəzi Hubey əyalətinin paytaxtı Uxan şəhərində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk “ağıllı” küçə fənəri quraşdırılıb.

ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, ilk baxışdan adi fənəri xatırladan qurğunun daxilində kamera, maye-kristal ekran, işıq lampaları və “5G” baza stansiyası yerləşdirilib.

Məlumata görə, fənər baza radiostansiyası ilə yanaşı, “ağıllı” şəhərin əsasını təşkil edəcək “5G” şəbəkələri vasitəsilə istifadəyə imkan verən bir sıra “ağıllı” funksiyalara malikdir.

Belə küçə işıqlandırması perspektivdə yerli sakinlərə küçəni işıqlandırmaqla yanaşı, smartfonlar vasitəsilə yüksək keyfiyyətli video, eləcə də əlavə reallıq texnologiyalarından yararlanmağa imkan verəcək.

Çinin “China Mobile” mobil rabitə və telekommunikasiya şirkəti yerli hakimiyyətlə birgə bu ilin yanvarında Uxan şəhərinin Tsyanxan ərazisində pilot rejimdə “5G” rabitə sistemlərini istifadəyə verməyə başlayıb. Şəhərdə “5G” sistemlərinin kommersiya istifadəsinə verilməsinin oktyabrda başa çatacağı gözlənilir.

Bundan əlavə, Pekinin İçjuan texniki-iqtisadi zonasının 2019-cu ilin sonunadək “5G” şəbəkəsi ilə əhatə olunması nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR