Dərc edildi: Baxış sayı: 862
Çində göydələndə şəlalə quraşdırıldı
Çinin Quyan şəhərində göydələn üzərində hündürlüyü 108 metr olan şəlalə quraşdırılıb.
Oxu.Az xəbər verir ki, binanın öz hündürlüyü 121 metr təşkil edir. Beləliklə də fontan dünyanın ən hündür süni şəlalələrindən biri olub.
Şəlalə turistləri cəlb etmək üçün quraşdırılıb. Lakin onun əleyhdarları da kifayət qədərdir. Belə ki, qurğu işə salınandan sonra yerli sakinlər dəhşətli su sızıntılarından şikayətlənməyə başlayıblar.
Bundan əlavə, şəlalənin hər iş saatı 118 dollara başa gəlir ki, bu da çoxsaylı suallara yol açır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət