Slimfit
  1. DÜNYA

Çində evlənmək və dəfn etmək qadağan olundu

Çində evlənmək və dəfn etmək qadağan olundu
Sakura

Çində evlənmək və dəfn etmək qadağan olundu

Çinin paytaxtı Pekində ölümcül koronavirus səbəbilə evlənmək və ölüləri dəfn etmək müvəqqəti olaraq qadağan edilib.

Modern.az xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.

Qeyd olunur ki, dəfn mərasimlərinə adətən yüzlərlə insan toplaşdığı üçün virusun yayılması asanlaşır.

Digər tərəfdən, minlərlə evlənmək istəyənlər fevralın 2-də nikah qeydiyyatından keçə bilməyəcəklər. Belə ki, 2 fevral 2020-ci il Çin dilində “Mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə uzlaşır, bu isə min ildə bir dəfə baş verən hadisədir. Bu tarixdə minlərlə evlilik mərasimi təyin olunmuşdu. 

Bundan başqa, 14 və 22 fevralda da nikah qeydiyyatından çəkinməyə çağırılıb.

Yanvarın 30-u gecə yarısına olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 170-ə yüksəlib, yoluxanların sayı isə 7,8 min nəfəri keçib. 

Çinlə yanaşı, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Fillipin, Tayvan və Fransada da yoluxma halları qeydə alınıb. 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR