Dərc edildi: Baxış sayı: 696
Arxeoloqlar Çinin şərqindəki Şandun vilayətində 136 qədim sərdabə kəşf ediblər
“Ölkə.Az” xəbər verir ki, sərdabələr eramızdan əvvəl 771-221-ci illərdə Şərqi Çjou sülaləsinə aid qəbirstanlıqda tapılıb.
Arxeoloji qazıntılar Daxan kəndində aparılıb. Arxeoloq Lyu Yançan bildirib ki, ötən ilin oktyabr ayından işlərə başlayıblar. Bu günə qədər 100 kiçik və 36 iri sərdab kəşf edilib. Qəbirlərdən 800-dən çox artefakt əldə edilib.
Sərdabələrin ölçülərinə görə müəyyə edilib ki, iri və orta ölçülü qəbirlər cəmiyyətin yüksək təbəqəsinə məxsusdur, onların milliyətini müəyyən etmək hələ ki, mümkün olmayıb.
Ən böyük sərdabə isə 40 kvadrat metrlik otaqdır. Burada sahibi ilə diri-diri basıdırlmış 5 insan qalığına da rast gəlinib.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət