Çində beşinci mərtəbədən yıxılan uşağı belə xilas etdilər
Çinin Uqur Sintszyan-Uyğur Muxtar Rayonunda kişi beşinci mərtəbədən yıxılan uşağı xilas edib.
Bu barədə “Inside Edition” yazır.
Belə ki, beşinci mərtəbənin pəncərəsinə yaxınlaşan iki yaşlı uşaq oradan yıxılıb. Şahidlərin sözlərinə görə, küçədəki yaşlı insanlar onu görsələr də, köməyə gələnə qədər hadisə baş verib.
Avtomobilini həmin pəncərənin aşağısında park edən 28 yaşlı Tonik Turqanbek oğlanı xilas edib. Belə ki, o, uşağı xilas etmək üçün ona tərəf qaçanda uşaq onun üzərinə düşüb.
“Onu görəndə havada idi, aşağıya düşürdü, heç nə haqda düşünmədim, sadəcə, onu tutdum. Sonrasını bilmirəm, çünki bir anlıq huşumu itirdim. Ayılanda ətrafımda polislər və xilasedicilər vardı”.
Uşaq da, onun xilasedicisi də xəstəxanaya çatdırılıb. Uşaq ciddi zədə almayıb. Turqanbekin başında və əlində yara izləri qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət