Slimfit
  1. İQTİSADİYYAT

Çində Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub

Çində Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub
Sakura

Çində Azərbaycan məhsullarının ixracına dair razılıqlar əldə olunub

Çinin Urumçi şəhərində keçirilən “6-cı Çin-Avrasiya” Sərgisində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsullarına sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraq göstərilir.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Sərgi çərçivəsində Azərbaycan şərabının və digər spirtli içkilərin Çinə ixracına dair “Göygöl Şərab Zavodu” ASC və çin şirkətləri arasında müzakirələr aparılıb, “Ayan” şirkəti ilə Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair “Azərsun Holding” şirkəti ilə razılıq əldə olunub.

Bundan başqa, Çinin “İxlas” distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron” MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub.

Çinin “Hans Zhou”, “TİAN SHENG HOLDİNGS”, “BEİJİNG REVİEW” kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə “Azhazelnut” şirkəti arasında ixraca dair danışıqlar aparılıb.

Qeyd edək ki, avqustun 30-da Çinin Urumçi şəhərində başlayan “6-cı Çin-Avrasiya” Sərgisində Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR