Slimfit
  1. DÜNYA

Çində 5G texnologiyası ilə idarə olunan ilk liman fəaliyyətə başlayıb

Çində 5G texnologiyası ilə idarə olunan ilk liman fəaliyyətə başlayıb
Sakura

Çində 5G texnologiyası ilə idarə olunan ilk liman fəaliyyətə başlayıb

Çinin şərqində yerləşən Çindao şəhərindəki dəniz limanı dünyada ilkə imza atıb.

AZƏRTAC xəbər verir ki, limandakı yük kranlarının 5G şəbəkə texnologiyasının köməyi ilə uzaqdan idarə olunmasına başlanılıb. Bununla da Çindao dünyada 5G şəbəkə texnologiyasının köməyi ilə əməliyyat aparılan ilk liman statusunu qazanıb.

Əvvəllər fiber-optik kabel vasitəsilə həyata keçirilən həmin idarəetmə üçün siqnallar hazırda 5G şəbəkəsi sayəsində kabelsiz ötürülür. Fiber-optik kabellərlə siqnalların ötürülməsi quraşdırma, təmir və əməliyyat xərclərinin yüksək olması baxımından limana əlavə məsrəflər yaradırdı. Amma 5G texnologiyası ilə bu işlərin daha ucuz həyata keçirilməsi mümkündür.

Çindao Yeni Çianvan konteyner terminalının meneceri bildirib ki, 5G texnologiyasının tətbiqi əməkdaşlara istənilən vaxt və istənilən yerdən yükləmə əməliyyatını idarə etməyə imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR