Çində 17 min il yaşı olan saxsı qabın parçası tapılıb
Çin arxeoloqları ölkənin cənubundakı Quandun vilayətində təxminən 17 min il əvvələ aid olduğu güman edilən saxsı qabın hissəsini tapıblar.
AZƏRTAC xəbər verir ki, paleolit dövrünə aid saxsı qabın bir hissəsi İnde şəhəri ərazisindəki Çintan xarabalıqlarından tapılıb. Bu, Çində ilk saxsı qabın məhz ölkənin cənub hissəsində istifadə olunduğunu göstərir.
Bildirilir ki, 2016-cı ildən bəri Çintan xarabalıqlarında 10 mindən çox qədim əşya və ya onların hissələri, habelə insan sümüyü tapılıb. Bundan başqa, ərazidə yemək bişirmək və saxlamaq üçün xüsusi yerlər aşkarlayıblar. Çintan xarabalıqlarından tapılanlar Çinin 10 ən vacib arxeoloji tapıntıları sırasına daxil edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət