Çində terrorçuları 200 metr məsafədən bir neçə saniyədə məhv edə biləcək lazer silah hazırlanıb.
Publika.az xəbər verir ki, bu haqda "Global Times" nəşri yazıb.
Yeni silah lazer kütləsi ilə insanı zərərsizləşdirməklə yanaşı, bir neçə dəqiqə hissiyyatını iflic edir.
Əllə idarə edilən nişangah, daşınabilən enerji qutusu, distansiya idarəsi və lazer saçan qurğudan ibarət olan silahların test nümayişi ölkənin Xunan əyalətində keçirilib.
Digər bütün silahlarla müqayisədə lazer topu daha sürətli və daha dəqiq hədəfə yönəlir. Qurğu tamamilə səssiz işləyir. Hərbi texnika nəzəriyyəsi ilə hazırlanan cihazın istehsalçıları iddia edir ki, yeni nəsil silahlar içərisində bütün standartlara cavab verdiyi üçün dünya ölkələri tərəfindən çoxsaylı sifarişlər gəlməyə başlayıb.
Könül Cəfərli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət