Slimfit
  1. DÜNYA

Çin virusu dünya avtomobil biznesində istehsal zəncirini dağıda bilər

Çin virusu dünya avtomobil biznesində istehsal zəncirini dağıda bilər
Sakura

Çin virusu dünya avtomobil biznesində istehsal zəncirini dağıda bilər

Dünyada ən böyük avtokomponentlər təchizatçısı olan “Bosch” şirkətinin top-menecerləri xəbərdarlıq ediblər ki, koronavirus qlobal təchizat zəncirinə təsir edə bilər. Avtosfer.az Rusiya mətbuatına istinadla xəbər verir ki,  bu təchizat Çindən çox asılıdır.

Şirkətin nümayəndəsi Folmar Denner bildirib ki, onlar bu məsələdən çox narahatdırlar. O, qeyd edib ki, şirkət elektrik mühərriklərinin, transmisiya və avtomobillər üçün güc elektronikasının ixracı üçün qalobal istehsal bazası kimi Çinə arxayındır: “Bizə gözləmək və hadisələrin necə inkişaf etdiyinə baxmaq lazımdır. Əgər belə vəziyyət qalmaqda davam edərsə, o zaman nəql zənciri pozulacaq. Proqnozlar var ki, infeksiyanın pik həddi fevral və marta qədər davam edəcək”.
Qeyd edək ki, “Bosch”un virusun yayılmağa başlandığı Uhan şəhərində sükan idarəetməsi sisteminin istehsalı üzrə iki zavodu var. Bundan əlavə, şirkət Çinin digər şəhərlərindəki istehsal müəssisələrindən də fəal istifadə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR