Slimfit
  1. DÜNYA

Çin varlı insanların sayına görə ABŞ-ı qabaqlayır

Çin varlı insanların sayına görə ABŞ-ı qabaqlayır
Sakura

Çin varlı insanların sayına görə ABŞ-ı qabaqlayır

“Credit Suisse” bankının apardığı tədqiqatın nəticələrinə əsasən, Çin varlı insanların sayına görə ilk dəfə olaraq ABŞ-ı qabaqlayıb.

Fins.az xəbər verir ki, dünyanın nisbətən varlı 10 faiz insanı arasında Çin vətəndaşlarının sayı 100 milyon nəfərə çatır. ABŞ-da bu göstərici 99 milyon nəfərdir. Bununla yanaşı, milyonerlərin sayına görə, Birləşmiş ştatlar yenə birinci yerdə dayanır. 2010-2019-cu illər arasında ABŞ-da sərvəti milyon dolları ötən insanların sayı 7,4 milyondan 18,6 milyon nəfərə çatıb. Çində isə analoji dövrdə bu göstərici daha çox artıb – 38 mindən 4,4 milyon nəfərədək.

“Birləşmiş Ştatlar və Çin arasında ticarət müharibəsinə baxmayaraq, hər iki tərəf xeyli var-dövlət toplayıb – müvafiq olaraq 3,8 trilyon və 1,9 trilyon dollar”, - tədqiqatda belə deyilir.

Məlumata əsasən, planetimizdə 46,8 milyon nəfər dollar milyonçusu var. Onların əllərində cəmlənən vəsait və aktivlərin ümumi məbləği isə 158,3 trilyon dollardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR