Dərc edildi: Baxış sayı: 575
Çin türklərə görə bu ölkələrə kiberhücum etdi
Çin uyğurların izlənilməsi üçün bəzi ölkələrin rabitə sistemlərinə hücum edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” yayıb.
“Çin hökumətinə çalışan hakerlər Mərkəzi və Cənub-Şərqi Asiyadakı uyğur turistlərin izlənilməsi üçün telekommunikasiya şəbəkələrini sındırıblar. Kampaniya çərçivəsində fərqli Çin haker qrupları Türkiyə, Qazaxıstan, Hindistan, Tailand və Malayziyanın rabitə operatorlarını təhdid altında qoyublar”, – deyə agentlik bildirib.
Agentliyə danışan bir sıra hüquq müdafiəçiləri hücuma məruz qalan ölkələrin daha çox uyğurlar tərəfindən Türkiyəyə gediş üçün tranzit olaraq istifadə edildiyini deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət