Slimfit
  1. DÜNYA

Çin “TikTok”un ABŞ bölməsinin satılmasına razı deyil

Çin “TikTok”un ABŞ bölməsinin satılmasına razı deyil
Sakura

Çin “TikTok”un ABŞ bölməsinin satılmasına razı deyil

Çin hökuməti “ByteDance” şirkətinə məxsus “TikTok” qısa videolar servisinin ABŞ ərazisindəki bölməsinin satılmasındansa bu servisə həmin ölkədə qadağa qoyulmasına belə razıdır.

Ens.az “Report”-a istinadən xəbər verir ki, mənbələrin dediyinə görə Çin tərəfi həmin servisin satılacağı təqdirdə ABŞ qarşısında həssas vəziyyətə düşəcəyindən çəkinir.

“ByteDance” şirkətindən bildiriblər ki, nə ABŞ-da, nə hər hansı başqa ölkədə “TikTok” servisini bağlamağa dair hökumətdən hər hansı müraciət olmayıb.

Xatırladaq ki, ötən ay ABŞ prezidenti Donald Tramp sentyabrın 15-dək “TikTok” servisinin hər hansı yerli şirkət tərəfindən satın almayacağı təqdirdə ölkə ərazisində dayandırılacağını açıqlamışdı. Bundan əvvəl isə Ağ Ev rəhbəri “TikTok”, “WeChat” kimi sosial şəbəkələrin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını, ölkə vətəndaşlarına dair məlumat toplamaq alətinə çevrilə biləcəyini bildirrmişdi.

İndiyədək “TikTok”a “Oracle” və “Microsoft” ilə “Walmart”ın birgə müştəri düşdüyü bildirilsə də, “Bloomberg” xəbər verib ki, Çin hökuməti həmin servisin satışını ən azı ABŞ-da 3 noyabr prezident seçkilərinədək uzatmaq istəyir.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR