Slimfit
  1. TEXNOLOGİYA

Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq
Sakura

Çin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq

Çinin “Commsat” innovativ şirkəti 2022-ci ilədək aşağı yerətrafı orbitdə “Əşyalar interneti” (IoT) qurğularının fəaliyyətini təmin edəcək 72 telekommunikasiya peykindən ibarət şəbəkə yaratmaqla bağlı planlarını açıqlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, şirkətin “Piao Chong” adlı ilk 7 kiçik peyki dekabrın 7-də buraxılıb. Onlar Tsyutsyuan kosmodromundan start götürən “Changzheng-2D” raketdaşıyıcısı vasitəsilə Səudiyyə Ərəbistanının iki peyki ilə birgə nəzərdə tutulan orbitə çıxarılıb.  

Məlumata görə, orbital test başa çatdıqdan sonra bu seriyaya aid peyklər “IoT” texnologiyalarının emalı üçün istifadə ediləcək. Perspektivdə onların vəhşi təbiətin mühafizəsi, qəza-xilasedici əməliyyatların təşkili, nəqliyyat vasitələri və gəmilərin monitorinqi, logistik müşayiət daxil olmaqla müxtəlif sahələrdə tətbiqi planlaşdırılır.

Layihə rəhbəri, “Commsat” şirkətinin baş icraçı direktoru Se Taonun sözlərinə görə, qeyd olunan peyklərdən birinin çəkisi 100 kq, nanopeyklərə aid olan digərlərinin isə 10 kq təşkil edir.

Ekspertlər tərəfindən 2020-ci ilədək “IoT” qurğularının populyarlaşacağı proqnozlaşdırılır. Bununla əlaqədar əksər Çin şirkətləri və xarici müəssisələr aşağı orbitli telekommunikasiya peykləri şəbəkəsi yaratmağa başlayıblar.

“Commsat” kiçik peyklərin innovativ tətbiqi sahəsində tədqiqatlarla və rabitə sisteminin hazırlanması və peyk qruplaşmasının yaradılması texnologiyaları ilə məşğul olur. Şirkətin sərmayədarı qismində Çin Elmlər Akademiyasının Sian Optika və Dəqiq Mexanika İnstitutu çıxış edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR