Slimfit
  1. ELM

Çin şirkəti cəmi 100 dollara insan genomunu sıraladı

Çin şirkəti cəmi 100 dollara insan genomunu sıraladı
Sakura

Çin şirkəti cəmi 100 dollara insan genomunu sıraladı

Yeni texnologiyaların istifadəsi genomun şifrəsinin açılmasıı ilə bağlı xərcləri kökündən azaldıb. Bu, kütləvi genetik müayinə və geniş miqyaslı əhali tədqiqatlarını reallığa çevirəcək.

2003-cü ildə insan genom şifrinin açılması başladıqdan bəri, bu texnologiyanın dəyəri dəfələrlə azalıb. 10 il əvvəl tam bir genom sıralanması proseduru 50.000 dollara başa gəlirdisə, hal hazırda bu təxminən 600 dollar civarındadır.

Dünyadakı tədqiqatçılar texnologiyanı ucuzlaşdırmaq üçün fəal çalışırlar. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş Çin biotexnoloji şirkəti BGI Group nümayəndələri tərəfindən açıqlanıb. Şirkətin işçiləri mühüm psixoloji mərhələni keçə bildilər və genom sıralanmasının qiymətini 100 dollara endiriblər.

Ens.az qeyd edir ki, BGI Group Çinin təxminən iyirmi il əvvəl, "İnsan genomu" layihəsində iştirak etdiyi zaman qurulub. O vaxtdan bəri şirkət böyük bir biotexnoloji konqlomerat (bir neçə firmanın birləşməsi-red.) halına gəlib. 2012-ci ildə BGI 120 milyon dollara Amerikanın genomların deşifrəsi sahəsində ixtisaslaşan "Complete Genomics" şirkətini əldə etdi. Məhz bu satınalma Çin şirkətinə çox ucuz sıralama texnologiyalarına giriş əldə etməyə imkan verib.

Bu, eyni zamanda sözügedən bazarda dominant şirkət olan İllumina ilə mübahisəyə səbəb oldu, həmin şirkətin nümayəndələri bunun ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək, məhkəmədə sazişə etiraz etməyə çalışdı.

100 dollara sıralamanın arxasında dayanan məlum prinsipə əsasən DNT çox sayda kiçik fraqmentlərə kəsilərək çipin səthinə yerləşdirilir. Sonra bu qarışığa ayrıca genetik "hərflər" - fraqmentlərə yapışan nukleotidlər əlavə olunur. Nukleotidlərin qoşulma qaydasını müəyyənləşdirdikdən sonra kompüter bu məlumatları toplayır və genomun tam xəritəsini hazırlayır.

Təsvirlərin tanınması üçün avtomatlaşdırılmış əl və müasir alqoritmlərdən istifadə edərək, BGI-də bu metodikanı təkmilləşdirdilər.  Bundan əlavə, xərclərin azalması çipin ölçülərinin artmasına imkan yaradır. Yeni yanaşma DNBSEQ-TX adlanır.

Şirkət nümayəndələrinin dediyinə görə, yeni texnologiya xərçəngin kütləvi müayinəsini aparmağa və əvvəllər əlçatmaz səviyyədə görünən milyonlarla insanın əhali genetikasını öyrənməyə imkan verəcək.

BGI, artıq böyük tədqiqat mərkəzlərinin bu sistemlərlə təchiz olunması haqqında danışıqlar aparır.

Bəzi ekspertlər BGI həmkarlarının sözlərinə şübhəylə yanaşırlar. Bundan əlavə, qeyd edirlər ki, dünyada belə güclü ardıcıllıq sistemlərinə ehtiyac duyan çox az elmi mərkəz var. Amma, bununla belə etiraf edirlər: əgər genomun deşifrəsinin dəyəri 100 dollara düşərsə, bu, böyük bir irəliləyiş olacaq.

Kütləvi DNT analizi üçün ucuz ardıcıllıq metodları yararlıdır. Bu cür layihələr bir çox ölkədə müzakirə olunur. Məsələn, İngiltərədə bütün körpələrin genomunun tamamilə sıralanması təcrübəsi yarana bilər.

Mənbə: Hitech Plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR