Slimfit
  1. DÜNYA

Çin polisi COVID-19 şübhəli 200 min adamı axtarır

Çin polisi COVID-19 şübhəli 200 min adamı axtarır
Sakura

Çin polisi COVID-19 şübhəli 200 min adamı axtarır

Çinin paytaxtı Pekində ötən gün 36 nəfərdə qeydə alınan COVID-19 yoluxmasından 34-ü virusun yeni ocağı hesab olunan “Sinfadi” topdansatış bazarı ilə əlaqəlidir.

Ens.az Modern.az-a istinadən xəbər verir ki,Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi Pekinin bütün yaşayış məhəllələrində fövqəladə hazırlıq dərəcəsinin 2-ci səviyyəyə qaldırıldığını açıqlayıb. Asiyanın ən böyük ərzaq topdansatış bazarı olan “Sinfadi”də çalışan 8 min nəfər test edilib və tibbi nəzarət üçün xüsusi karantin yerlərinə yerləşdirilib. Paytaxtın Fentay və Haydien rayonlarında 90 mindən çox sakinin yaşadığı 21 məhəlləyə giriş-çıxış dayandırılıb. Səlahiyyətli qurumlar mayın 30-dan sonra “Sinfandi” bazarında olmuş təxminən 200 min adamın müəyyən edilərək tapılması üçün iş aparır.

Paytaxt ilə qonşu olan Xıbey vilayətində aşkarlanan 3 yoluxmanın da Pekindəki bazarla bağlı olduğu bildirilir. Yoluxma aşkarlanan və 10 milyon əhalisi Baodin şəhərində də güclü sanitar-epidemioloji nəzarət tədbirlərinin tətbiqinə başlanılıb. Bundan başqa, Liaonin və Siçuan vilayətlərində aşkarlanan bir neçə yoluxmanın da Pekindəki bazardan qaynaqlandığı məlum olub.

Qeyd edək ki, 56 günlük fasilədən sonra iyunun 11-də Pekində qeydə alınan ilk yoluxmanın və ardınca baş verən bir neçə yoluxma faktının “Sinfadi” bazarı ilə bağlı olduğu müəyyən edilib. Səlahiyyətli qurumlar “Sinfadi” ilə yanaşı Pekindəki kənd təsərrüfatı və ərzaq məhsullarının satıldığı topdansatış mərkəzlərini bağlayıb. COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında məsuliyyətsizlik etdiklərinə görə paytaxtın Fentay rayonu rəhbərinin müavini, rayonun Huasian qəsəbəsinin partiya katibi və “Sinfadi” bazarının baş meneceri vəzifələrindən azad olunublar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR