Slimfit
  1. DÜNYA

Çin öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb

Çin öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb
Sakura

Çin öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb

Çin sentyabrın 10-da Şanxay şəhərinin limanında öz istehsalı olan ilk buzqıran gəmini suya buraxıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, “Syuelun-2” (Qar əjdahası) adlı bu buzqıran gəminin tikintisi 2016-cı ildə başlayıb. Onun hazırlanmasına təxminən 153 milyon dollar ayrıldığı bildirilir.

İndiyədək Çində elmi-tədqiqat məqsədi ilə istifadə olunan və 1993-cü ildə Ukraynada hazırlanmış cəmi bir ədəd “Syuelun” tipli buzqıran gəmi vardı. “Syuelun-2” öz “böyük qardaşından” bir qədər kiçikdir. Çin istehsalı olan buzqıran gəminin uzunluğu 122,5 metr, eni 22,3 metr, ağırlığı isə 12,3 min tondur. O, 1,5 metr qalınlığında buzu qıraraq üzə bilir.

“Syuelun-2” buzqıran gəmisi 2019-cu ildə istifadəyə veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR