Çin "LinkedIn"də casusluqla məşğul olur
Çinin kəşfiyyat orqanları "LinkedIn" sosial şəbəkəsindən istifadə edərək casusluq fəaliyyəti ilə məşğul olurlar.
Bu barədə ABŞ və İngiltərə başda olmaqla, bir çox Qərb ölkələrinin kəşfiyyat təşkilatları məlumat veriblər.
Bildirilir ki, Çinin müvafiq qurumları 645 milyona yaxın istifadəçisi olan "LinkedIn"in köməyi ilə casusluq fəaliyyəti ilə və insanları öz tərəflərinə çəkməklə məşğul olurlar.
İddia olunur ki, Çin kəşfiyyatının bu istiqamətdə əsas hədəfləri keçmiş dövlət məmurları və özəl sektorda yüksək vəzifələrdə işləyənlərdir. Çinli casuslar məqsədlərinə çatmaq üçün sosial şəbəkədə saxta profillərdən istifadə edirlər. Casuslar bu çərçivədə Danimarka Xarici İşlər Nazirliyinin əməkdaşı və ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın dövründə Ağ Evdə işləyən diplomatla əlaqə qurublar.
Qeyd edək ki, "Google", "Twitter" və "Facebook"dan fərqli olaraq, "LinkedIn" Çində qadağan edilməyən nadir əcnəbi sosial şəbəkələrdən biridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət