Slimfit
  1. MARAQLI

Çin kurqanının lənəti – Alimlərin sirli ölümü

Çin kurqanının lənəti – Alimlərin sirli ölümü
Sakura

Çin kurqanının lənəti – Alimlərin sirli ölümü

Tarix və arxeologiya ilə maraqlananlar mumiya lənəti barədə məlumatlıdırlar. Arxeoloji qazıntılar zamanı Tutanhamonun (Misir fironu) sərdabəsini açan alimlər qısa müddət sonra dünyalarını dəyişiblər. “Ölkə.Az”ın məlumatına əsasən, belə bir hadisə Çində də baş verib. Arxeoloqlar Çində arxeoloji qazıntı aparan zaman mistik hadisələrlə üzləşiblər. Açılan kurqanların oyandırılan ruhları alimlərdən qisas almağa başlayıblar!

Çinli cadugərlər xəbərdarlıq edirlər ki, ölmüş insanları heç bir halda narahat etmək olmaz. Bu, elmə xeyir gətirməz. Tədqiqatçılar isə bəlaya düçar olarlar. Məhz Avstriyalı arxeoloq qrupunun başına belə bir iş gəldi.

Qrup bir neçə il əvvəl Çinin şimali-şərqində X əsrə aid kurqan kəşf etdi. Yerli sakinlərin xəbərdarlığına baxmaraq, alimlər qazıntılara başladılar. Bir həftə sonra arxeoloqlardan biri, heç vaxt sağlamlığından şikayət etməyən alim ürək sancısından vəfat edir. Eyni səbəblə daha sonra iki tədqiqatçı da ölür. Maraqlıdır ki, həkimlər ürəklə bağlı heç bir patologiyaya rast gəlmirlər.
Qrupun rəhbəri arxeoloq Kurt Şrot sağ qalanlardan biri olur və dərhal qazıntıları dayandırır. O, Avstriyaya qayıdır. Amma alim özü ilə kurqanda tapdığı zinət əşyasını götürür. Kurt qəribə yuxular görməyə başlayır. Gözəl bir çinli quz yuxusuna girir və zinət əşyasını geri qaytarmasını tələb edir. Şrot bu mistikaya inanmır və dostları ilə zarafatlaşmağa başlayır. Bir dəfə o, Çin restoranına nahar etməyə girir, nahardan sonra reanimasiyaya düşür və bir neçə dəqiqə sonra ölür. Məlum olub ki, alim zəhərlənib və həkimlər arxeoloqun mədəsinə düşən sirli zəhəri müəyyən edə bilmirlər. Məsələ burasındadır ki, Şrot restoranda zəhərlənə bilməzdi.

Sonradan Kurtun həyat yoldaşı Çinə gedir və zinət əşyasını kurqana qaytarır…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR