Çin kosmosda günəş elektrik stansiyasının tikintisinə başlayıb
Çin kosmik texnologiyalar Akademiyası kosmosda günəş enerjisini toplayacaq, sonra isə torpağa ötürəcək orbital elektrik stansiyasının yaradılması üzərində işləyir. Bu orbitdə olduğu üçün hava faktorları onun işinə heç bir təsir göstərməyəcək.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni elektrik stansiyasının təcrübəli nümunəsinin işə salınması 2025-ci ilə qədər baş tutmalıdır. Çin alimlərinin həmin vaxta qədər həll edəcəyi ən böyük problem - alınan enerjini torpağa necə çatdırmaqdır. Avstraliyanın “The Sydney Morning Herald” həftəlik nəşrinin məlumatına görə, alimlər enerjini mikroşüa və ya lazer şüaları şəklində ötürməyi planlaşdırırlar.
Əgər Çin tədqiqatçılarının hesablamaları düzgün olsa, 2050-ci ilə qədər yerdənkənar orbitə daha güclü elektrik stansiyaları çıxarılacaq. Onlar Yerin ehtiyaclarını günəş enerjisi ilə təmin etməklə yanaşı, planetlərarası missiyaları yerinə yetirən kosmik gəmiləri də təchiz edə biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət