Slimfit
  1. DÜNYA

Çin koronavirusla mübarizə üçün İrana mütəxəssis qrupu göndərib

Çin koronavirusla mübarizə üçün İrana mütəxəssis qrupu göndərib
Sakura

Çin koronavirusla mübarizə üçün İrana mütəxəssis qrupu göndərib

Çin rəsmiləri koronavirusun yeni növü ilə mübarizə məqsədilə İrana mütəxəssislərdən ibarət qrup göndərib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Huansü şibao” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, qrupun göndərilməsinin məqsədi pnevmoniyanın bundan sonra daha çox yayılmasının qarşısını alacaq tədbirlərin həyata keçirilməsində İran tərəfinə kömək etməkdir. Dörd mütəxəssisdən ibarət qrupa virusa qarşı mübarizədə Çinin təcrübəsini bölüşmək tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl Çinin Xarici İşlər naziri Van Yi iranlı həmkarı Məhəmməd Cavad Zəriflə telefon danışığında Tehrana koronavirusla mübarizədə fəal kömək etməyi təklif etmişdi. Çinli nazir qeyd edib ki, Pekin və Tehran güclərini birləşdirərək ortaya çıxan çətinliklərin öhdəsindən gələ biləcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR