Dərc edildi: Baxış sayı: 598
Çin klonlaşdırılmış pişiklərin kütləvi ticarətinə başlayır
Çinin "Sinogene" şirkəti yaxın vaxtlarda klonlaşdırılmış pişiklərin kütləvi ticarətinə başlayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi heyvanın genetik nüsxəsinin uğurla təkrarlanmasından sonra belə bir qərar qəbul edib.
Bununla belə, "Sinogene"də pişiklə kifayətlənmək niyyətində deyillər. Gələcəkdə klonlaşdırılmış at və poçt göyərçinlərinin kütləvi "istehsalı"na başlanması nəzərdə tutulur.
İlk klonlaşdırılmış pişik balası Sarımsaq adını alıb. O, bir ay əvvəl doğulub, lakin doğum xəbəri xeyli sonra, heyvan öz bacarıqlarını yaradıcılarına göstərə bildiyi vaxtda elan olunub.
İnsanlar öz sevimli ev heyvanlarını 35,4 dollara ala biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət