Slimfit
  1. İQTİSADİYYAT

Çin iqtisadiyyatı tənəzzül edir

Çin iqtisadiyyatı tənəzzül edir
Sakura

Çin iqtisadiyyatı tənəzzül edir

Bu ilin iki ayı ərzində Çində sənaye istehsalının son 30 ildəki ən kəskin azalması qeydə alınıb.

Report” “Reuters”ə istinadən xəbər verir ki, rəsmi statistikaya əsasən, bu ilin dekabr ayında, yəni koronavirus təhlükəsi hələ üzə çıxmamış 6,9 faiz artan sənaye istehsalı yanvar – fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz azalıb.

Eyni zamanda ticarət dövriyyəsində 20,5 faiz, əsas kapitala yatırılan sərmayələrdə 24,5 faiz, ixracatda isə 17,2 faiz azalma müşahidə olunub.

Ekspertlərin fikrincə, Çin iqtisadiyyatının normal vəziyyətə qayıtması bir neçə ay çəkə bilər. Üstəlik koronavirusun dünya iqtisadiyyatında səbəb ola biləcəyi resesiya Çin mallarına tələbatı da zəiflədə bilər. Lakin ölkə hökuməti koronavirusun fəsadlarının qısamüddətli olacağı, qətiyyətli tədbirlərlə tez bir zamanda aradan qaldırıla biləcəyi qənaətindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR