Dərc edildi: Baxış sayı: 517
Çin iqtisadiyyatı 28 ildən sonra ilk dəfə kiçilib
Bu ilin I rübündə Çində Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 6,8% az olub.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu, 28 illik fasilədən sonra ilk azalmadır.
İqtisadiyyatın kiçilməsi koronavirus (COVID-19) pandemiyasının təsiri ilə baş verib. Təkcə mart ayında Çində ÜDM 1,1%, pərakəndə ticarət dövriyyəsi 15,8%, investisiyalar isə 16,1% azalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət