Dərc edildi: Baxış sayı: 696
Çin Hubey əyalətindəki iki aylıq karantinə son verdi
Çin hökuməti koronavirus pandemiyası ilə əlaqədar Hubey əyalətində son iki ay ərzində qüvvədə olan karantin rejimini ləğv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin Gigiyena və Səhiyyə Komitəsindən bildirilib.
Sətəlcəm xəstəliyinin yayılması riskinin azalması ilə əlaqədar səlahiyyətli orqanlar nəqliyyat əlaqələrini tam şəkildə bərpa etmək niyyətindədir.
Yerli mütəxəssislərin fikrincə, Çin hökuməti yanvar ayının sonlarında Hubeyi karantinə almaqda beş gün geciksə idi, virusun intensiv təsirinə məruz qalan ərazi üç qat artıq olardı. Uyğun olaraq, Çində virusa yoluxan və ölənlərin sayı yüz dəfələrlə artıq ola bilərdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət