“Cin girib” və ya adi şizofreniya
2018-ci ili geridə qoymaq üzrə olduğumuz halda, Azərbaycanda hələ də müxtəlif “cin çıxarma” ayinləri ilə bağlı xəbərlər öz aktuallğını itirmir. Təəsüflər olsun ki, bir çox hallarda bu “ayinlər” ölümlə nəticələnir.
Görəsən, ölkəmizdə gündəlik olaraq neçə belə “cinçıxarma” ayinləri keçirilir və niyə insanlar bunu xəstəlik – şizofreniyanın kəskin forması kimi qəbul etmək istəmir, əksinə, xəstəliyi cinlərlə və digər fövqəltəbii varlıqlarla əlaqələndirir?
Bu haqda Oxu.Az-a psixiatr Əziz Mustafayev danışıb.
“Şizofreniya mürəkkəb endogen xəstəlikdir və meydana gəlmə səbəbi indiyə kimi məlum deyil. Belə xəstəlikdən əziyyət çəkən insanlarda dünyagörüşü dəyişir, onlar sayıqlama və qarabasmalarla, o cümlədən, dini xarakterli hallüsinasiyalarla üzləşirlər.
Təəssüflər olsun ki, əhalinin müəyyən təbəqəsi yardım üçün psixiatra müraciət etmək əvəzinə, “cinçıxaranlar” və cin çıxarmağa söz verən digər dələduzlara müraciət edir.
Ə.Mustafayev müalicənin hansı şəkildə aparılmalı olduğunu qeyd edib:
“Şizofreniyanın müalicəsi tibbi preparatlar və psixososial işin köməyi ilə simptomların korreksiyasına yönəldilməlidir. Pasiyenti buna öyrəşdirmək, həmçinin onun həyat keyfiyyətini artırmağa çalışmaq lazımdır.
Təbii ki, bu pozuntu ilə yaşayıb-yaratmaq mümkündür. Ən vacibi işinin peşəkarı olan mütəxəssislərin müasir və keyfiyyətli yardımı və xəstənin yaxınlarının göstərdikləri dəstəkdir. Təəsüflər olsun ki, şizofreniyaya yola açan psixiki problemlər depressiya zəminində meydana gəlir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət