Çin Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirməməyə çağırdı
Çin Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirməməyə çağırıb.
TASS informasiya agentliyi xəbər verir ki, Çin hökuməti Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirməməyə və fikirayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırır. Bunu bazar ertəsi brifinqdə ÇXR-in Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bəyan edib.
“Çin regionda sülhün və sabitliyin qorunmasının Ermənistan və Azərbaycan daxil olmaqla bütün tərəflərin maraqlarına cavab verdiyinə inanır. Ümid edirik ki, müvafiq tərəflər təmkinli olacaq və münaqişənin daha da gərginləşməməsi üçün tədbirlər görəcəklər”, - deyə o qeyd edib.
“Ümid edirik ki, tərəflər fikirayrılıqlarını siyasi dialoqlar yolu ilə həll edəcəklər”, - deyə diplomat əlavə edib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət