Dərc edildi: Baxış sayı: 623
Çin dünyanın ən böyük konteyner gəmilərinin istehsalına başlayıb
“CMA CGM” və Çin Dövlət Gəmi İnşa şirkəti arasında iyulda imzalanan anlaşmaya görə doqquz ədəd 22000 TEU yükgötürmə qabiliyyətinə malik gəmi tikilməsi qərarı verilmişdi. İlk mərhələdə inşası planlaşdırılan iki gəminin istehsalına artıq başlanılıb.
“Seanews.az” xəbər verir ki, Şanxay mərkəzli Jiangnan tərsanəsi və Hudong-Zhonghua gəmi inşa firması tərəfindən inşa edilən bu gəmilər tamamlandıqdan sonra onlar dünyanın ən böyük konteyner gəmiləri adını alacaqlar. Sözügedən üzən vasitələr 2019-cu ildə təhvil veriləcək.
Gəmilərin uzunluğu 400, eni 61,3, suya oturumu 33,5 metr olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət