Dərc edildi: Baxış sayı: 752
Çin dünyanı silkələyən iddiaya aydınlıq gətirdi
Yeni tip koronavirusun Çində laboratoriya şəraitində hazırlanması ilə bağlı heç bir sübut mövcud deyil.
Axar.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında deyib.
O bildirib ki, iddiaların elmi sübutu yoxdur:
“Bunun elmi problem olduğuna inanırıq. Alimlər və tibb üzrə mütəxəssislərin peşəkar rəylərinə ehtiyac var. Beynəlxalq ictimaiyyət bu müharibəni yalnız məntiqli fikirlə qazana bilər. Səslənən iddialara baxmayaraq, Çin dünya ölkələrinə yardıma davam edəcək”.
Qeyd edək ki, dünya mediasında pandemiyanın Çində laboratoriya şəraitində hazırlanması ilə bağlı məlumatlar yayılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət