Dərc edildi: Baxış sayı: 579
Çin dövlət başçısı Bill Qeyts və həyat yoldaşına məktub yazdı
Çin dövlət başçısı Si Szinpin koronavirus COVID-19 epidemiyasına qarşı mübarizədə göstərdiyi köməyə görə Bill Qeyts və həyat yoldaşı Melindaya təşəkkür məktubu yazıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Sinxua Xəbər Agentliyi şənbə günü məlumat verib.
Çin lideri məktubda "Bill Melinda Geyts Vəqfi” lap başlanğıcdan bütün gücüylə koronavirusla mübarizə qoşulub və bu işdə aktiv rol oynayır", - deyib.
O, həmçinin "həmrəylik və əməkdaşlıq epidemiyaların öhdəsindən gəlmək üçün ən güclü silahdır", - deyə beynəlxalq birliyin "koordinasiyanı gücləndirəcəyinə" və insanların sağlamlıq və rifahını qorumaq üçün birləşəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, yanvarın 27-də "Bill və Melinda Geyts Vəqfi”nin yeni növ koronavirusun yayılmasına qarşı operativ mübarizə aparmaq üçün 10 milyon dollar ayırdığı məlum olub. Bu vəsaitin yarısı bir sıra Çin tibb və elmi müəssisələrini dəstəkləmək üçün xərclənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət