Ermənilər ona Cin Cavid deyirdilər
Mən, Cavid Dədəkişiyevi düz üç il əvvəl böyük insan izdihamı ilə isti ocağımızdan, elimdən-obamdan çox-çox uzaqlara yola saldılar... Və düz üç ildir ki, ATAM mənim həsrətimdən qaladığı tonqalın ətrafında əyləşərək həsrətimdən donan qəlbini isitməyə çalışır ...Düz üç ildir ki, ATAM şəkillərimə bəzək vuraraq bütün Azərbaycana göstərməyə çalışır...Və əvəzində mənim haqqımda yazılan fikirləri oxuyaraq bir balaca da olsa həsrətini söndürməyə çalışır...Düz üç ildir ki, hər gecə məni yuxunda görmək istəyi ilə səhərə yaxin da olsa gözlərini yumursan, ATA...Amma nə bu həsrət bitən deyil, nə də sənin həsrətdən donan qəlbinin buzu əriyən deyil....Bilirəm ki, heç bir təskinlik mənim yoxluğumu əvəz edə bilməz...Özüm olmasam da heç olmazsa həsrətimlə bir yerdə yaşamağın üçün özündən muğayat ol, ATA. ÜMİD EDİRƏM Kİ, XALQIM MƏNİ VƏ MƏNİM KİMİ ŞƏHİD OLAN BÜTÜN VƏTƏN OĞULLARINI UNUTMAYIB....VƏ UNUTMAYACAQ.....
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət