Slimfit
  1. DÜNYA

Çin Amerika rüsumlarına qarşı cavab addımları atacaq

Çin Amerika rüsumlarına qarşı cavab addımları atacaq
Sakura

Çin Amerika rüsumlarına qarşı cavab addımları atacaq

 

Pekin ABŞ-ın Çin mallarına rüsumları qaldırmaq qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ÇXR Kommersiya Nazirliyinin bəyanatında deyilir. Nazirlik, həmçinin Pekin ABŞ-ın 200 milyard dollar həcmində Çin ixracatına rüsumları 10 faizdən 25 faizə qaldırmaq qərarı ilə bağlı təəssüfünü ifadə edib, tərəflərin hazırda Vaşinqtonda keçirilən ticarət məsləhətləşmələrinin gedişində fikir ayrılıqlarının nizamlanmasına ümid bəslədiyini vurğulayıb.

Ötən bazar günü ABŞ Prezidenti Donald Tramp mayın 10-dan bəzi Çin məhsullarına rüsumları 10 faizdən 25 faizə qaldıracağını deyib və digər ticarət mövqelərinə qarşı önləyici sədd qoyacağını istisna etməyib.

Bu ərəfədə ABŞ lideri Pekinin ticarət üzrə danışıqlarda “sövdələşməni pozduğunu” bildirib.

ABŞ-la ticarət üzrə danışıqlarda Çin nümayəndə heyətinin rəhbəri Lü He Amerika liderinin elan etdiyi rüsumlarla problemin həllinin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, bu nə Birləşmiş Ştatlara, nə Çinə, nə də digər dövlətlərə sərf etmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR