Dərc edildi: Baxış sayı: 356
Çin-ABŞ ticarət savaşı bitir: Razılaşmanın vaxtı açıqlandı
Çinlə ABŞ arasında ticarət razılaşması noyabrda imzalanacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib. Onun sözlərinə görə, hazırda razılaşmanın mətni üzərində iş gedir. Mnuçin ehtiyac yaranacağı təqdirdə Pekinlə danışıqlara getməyə hazır olduqlarını deyib. Nazir hələlik bununla bağlı Çindən təklif gəlmədiyini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət