Slimfit
  1. DÜNYA

Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib

Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib
Sakura

Çin ABŞ-la yeni ticarət məsləhətləşmələrindən imtina edib

ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etmək barədə qərarından sonra Pekin Vaşinqtonla yeni ticarət məsləhətləşmələrindən imtina edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ÇXR Dövlət Şurasının vitse-prezidenti Lü He gələn həftə nümayəndə heyəti ilə Birləşmiş Ştatlara getməyə hazırlaşsa da, sonradan səfər ləğv edilib.

Dünyanın ən böyük iki iqtisadiyyatı arasında gərginliyin azaldılmasına yönələn danışıqlara nəzarət ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə həvalə olunub.

Xatırladaq ki, sentyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 200 milyard dollarlıq məhsullara 10 faizlik yeni rüsumlar tətbiq ediləcəyini bildirib. Qərar sentyabrın 24-dən qüvvəyə minməlidir. Yanvarın 1-dən isə tariflərin 25 faizədək artırılması nəzərdə tutulur. Pekinin cavab tədbirləri görəcəyi təqdirdə Donald Tramp rüsumların üçüncü mərhələsinin də tətbiq olunacağını istisna etmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR