Slimfit
  1. DÜNYA

Çin ABŞ-la danışıqlara hazır olduğunu bildirdi

Çin ABŞ-la danışıqlara hazır olduğunu bildirdi
Sakura

Pekin Vaşinqtonla aralarındakı ticarət ziddiyyətlərini bərabərhüquqlu və dürüst danışıqlar yolu ilə…

Pekin Vaşinqtonla aralarındakı ticarət ziddiyyətlərini bərabərhüquqlu və dürüst danışıqlar yolu ilə həll etməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Mayk Pompeo ilə Pekində keçirdiyi görüşdə deyib. 

“Problemləri ticarət müharibəsi yolu ilə həll etmək qeyri-mümkündür. Çin ABŞ-la aralarındakı mövcud problemləri əvvəlki kimi danışıqlar yolu ilə həll etməyə hazırdır. Lakin bu danışıqlar hüquq bərabərliyi, dürüstlük və ciddilik prinsiplərinə söykənməlidir”, – deyə Çin XİN-in rəhbəri vurğulayıb. 

Van Yi əlavə edib ki, hazırda ABŞ-la Çin arasındakı münasibətlər olduqca vacib dövrünü yaşayır və əməkdaşlıq hər iki tərəf üçün yeganə düzgün seçim olaraq qalır. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR