Dərc edildi: Baxış sayı: 870
Çin 2021-ci ildə iki meteoroloji peyk buraxmaq niyyətindədir
Çin gələn il “Fengyun-3E” (FY-3E) və “Fengyun-4B” (FY-4B) adları verilmiş iki meteoroloji peyk buraxmaq niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, “Fengyun-3E” artıq orbitə yerləşdirilən meteoroloji qurğular qrupuna qoşulacaq və bu seriyada beşinci olacaq. Bundan əvvəlki “Fenqyun-3D” peyki 2017-ci ilin noyabrında buraxılıb.
“Sinhua” xəbər verir ki, yeni peyk qlobal ədədi hava proqnozunun dəqiqliyini və səmərəliliyini artıracaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət