Slimfit
  1. CƏMİYYƏT

Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA

Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA
Sakura

Çimərliklərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı AÇIQLAMA

“Bütün çimərliklərə məsul şəxslər təhkim olunub. Digər tərəfdən, çimərlik operatorları tərəfindən müəyyən şəxslər ayrılıb ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirsinlər”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında  Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.

Onun sözlərinə görə, əməkdaşlarla maarifləndirmə işləri aparılır:

“Çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmçinin, yazılı məlumatlarla yanaşı, səsli məlumatlar da veriləcək. Çimərliklərdə işarələnmə, nişanlanma işləri aparılıb ki, insanlar gələrkən sosial məsafəni qorusunlar.

Dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının daşınması üçün kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyəcək. Artıq xüsusi qruplar ayrılıb və xüsusi təlimat alıblar. Bütün çirməliklərdə məişət tullantılarının və tibbi maskaların atılması üçün konteynerlər gətirilib”.

O qeyd edib ki, qaydalara riayət edilməlidir:

“İnsanlar elə düşünməsin ki, çimərliklərə icazə verilibsə, təhlükə sovuşub və rahat davrana bilərlər. Təhlükə davam edir, qaydalara ciddi riayət edilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR