Slimfit
  1. DÜNYA

Çimərlikləri təmiz olan ölkələrin adları açıqlanıb

Çimərlikləri təmiz olan ölkələrin adları açıqlanıb
Sakura

Çimərlikləri təmiz olan ölkələrin adları açıqlanıb

Ətraf Mühit Təhsili Fondu (FEE – Foundation for Environmental Education) dünyanın ən təmiz sahil çimərliklərinin illik reytinqini dərc etdirib.

Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, fondun təmizliyə və abad infrastruktura görə təsis etdiyi “Blue Flag” (mavi bayraq) mükafatına layiq görülən 3797 çimərliyin 100-dən çoxu fasiləsiz 10 ildən çoxdur ən təmiz statusunu saxlayır. Həmçinin 7 sahil ərazisi bu il “Blue Flag”a ilk dəfə layiq görülüb.

Bundan əlavə, 566 sahil ərazisi “Blue Flag”lə təltif edilən İspaniya bu göstəriciyə görə ölkələrin reytinqinə dalbadal 32 dəfədir başçılıq edir. Sonrakı yerlərdə 515 çimərliklə Yunanıstan, 463 çimərliklə Türkiyə, 389 çimərliklə Fransa, 385 çimərliklə İtaliya qərarlaşıb.

Bu il dünyada cəmi 4559 “Blue Flag” mükafatı verilib ki, bu da əvvəlki ilə nisbətən 138 ədəd çoxdur. Bunlardan 3797 mükafata sahillər, 695-nə marinalar, 67-nə turist gəmiləri layiq görülüb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR