Slimfit
  1. CƏMİYYƏT

Çimərliklər virusa yoluxma riskini artırır? - Professordan vacib məsləhət

Çimərliklər virusa yoluxma riskini artırır? - Professordan vacib məsləhət
Sakura

Çimərliklər virusa yoluxma riskini artırır? - Professordan vacib məsləhət

İyun ayının 18-də 21 iyun tarixindən 5 iyul tarixinədək ölkənin bir sıra şəhər və rayonlarında sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məlumat yayıldı.

Xəbərdarlıqdan sonra geridə qalan 3 günü qənimət bilən insanların bir çoxlu toplu halda üz tutdu çimərliklərə... Elə bu kütləvi dəniz istirahətindən sonra da əksəriyyət sosial şəbəkələrdə mövcud pandemiyaya yoluxduğundan şübhələnir, COVİD-19 əlamətlərinin olduğunu deyir.

Belə olan halda maraqlı suallar yaranır:

Çimərliklərdə koronavirusa yoluxmaq təhlükəsi nə qədər realdır?

Yay fəslini dənizsiz keçirməliyik?

Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki,mövzu ətrafında Modern.az-a danışan Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü, "Rekonbinant vaksin və teropevtik zülalların sintezi üçün TUBİTAK” və Beynəlxalq Qrant Agentliyi tərəfindən 5 böyük layihənin rəhbəri olan Tərlan Məmmədovun sözlərinə əsaslansaq deyəsən bu yay dənizdən uzaq düşməli olacağıq:

“Dəniz suyu duzlu olduğu üçün virusun orda qalma ehtimalı azdır. Amma çimərlikdə insanların toplu halda yığılması virusun yayılmasına şərait yaradır. Bundan əlavə suda 5 dəqiqə qala bilən virus bir neçə adamın eyni yerdə çimməsi ilə bir ağızdan digərinə ötürülə bilər. Bəzən deyirlər ki, insanlar aralarında 1-2 metr məsafə saxlasa youxma riski ya az olar, ya da olmaz. Amma onu deyim ki, hətta 3 metr məsafədə belə insanlar bir-birini yoluxdura bilər. Eyni zamanda çimərlikdə, sahildə külək olur ki, bu da viruslu havanın müəyyən ərazidə cərəyan etməsi deməkdir. Belə halları nəzərə alaraq məsləhət görürəm ki, insanlar toplu halda bir yerə yığılmaqdan, çimərliyə getməkdən çəkinsinlər. İndi İstanbulda maska taxmaq məcburidir və qaydaya əməl etməyənlər cəzalandırılır. Bunun səbəbi vaxtında 2-3 adamda olan virusun indi minlərlə xəstə, ölü sayına gətirib çıxarmasıdır. Demək istədiyim odur ki, hər kəs özünü qorumalıdır çünki yoluxmanın qarşısını başqa cür heç nə ilə almaq olmaz”.

Qeyd edək ki, türkiyəli mütəxəssislərin bəziləri bildirir ki, dənizdə virusun uzun müddət qala bilməsi ilə bağlı məlumat yoxdur. Bəziləri də deyir ki, dənizdə suyun miqdarı çox olduğu üçün insan su üzərindən maksimum 1-2 virus qəbul edə bilər ki, bununla da xəstə olmaq ehtimalı azdır. Amma çimərlikdə sosial məsafənin qorunmaması və hava vasitəsilə koronavirusun yayılma riskini həkimlər istisna etmir…

Xatırladaq ki, Azərbaycanda 16 iyundan etibarən çimərlik mövsümü açıq elan edilib. Çimərlik mövsümünün açılması ilə əlaqədar növbə sistemi tətbiq olunacaq və çimərliyin qəbul edə biləcəyi sayda növbə veriləcək. Lakin 21 iyundan tətbiq olunan sərt karantin rejimi hələ ki, bu proseduru ləngidəcək.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR