Çimərlikdə skuter sürmək qadağandır? - AÇIQLAMA
Son günlər vətəndaşlar dənizdə skuter sürmək istəyərkən aidiyyəti qurumların əməkdaşları tərəfindən əsassız maneələrlə rastlaşdıqlarını deyirlər.
Belə ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları, xüsusilə həftəsonları, skuter sürmək istəyən şəxslərə yaxınlaşaraq bunun qadağan olduğunu bildiriblər. Buzovna və Mərdəkanda yerləşən çimərliklərdə bu cür qadağalarla rastlaşan vətəndaşlar məsələnin hansı qanunla tənzimləndiyini soruşsalar da, cavab ala bilməyiblər.
Vətəndaş iddia edir ki, onun skuterdən istifadə etməsi üçün xüsusi icazə kitabçası tələb edilib.
Ümumiyyətlə, qayıq, skuter kimi su nəqliyyatı vasitələrinin insanların çimməsi üçün nəzərdə tutulmuş zolaqda idarə edilməsi nə qədər təhlükəsizdir - bu da bir ayrı məsələdir...
Onu da qeyd edim ki, ödənişli çimərliklərdə təşkil olunan skuter xidmətindən əldə olunan gəlir də az deyil. İlkin məlumatlara görə, bəzi çimərliklərdə skuterlə 10 dəqiqəlik gəzinti 20-40 manat arasında dəyişir.
Bəs çimərlik ərazisində qayıqların və ya skuter kimi texniki avadanlıqların istifadə qaydaları necə tənzimlənir? Vətəndaş skuter sürərək istirahət etmək istəyirsə, nə etməlidir? Təyinatına görə hansı skuterlərdən istifadəyə və hansı məsafəyə qədər gedişə icazə var? İcra mexanizminə nəzarət hansı qurumdadır – Fövqəladə Hallar Nazirliyində, yoxsa DSX-də? Ümumiyyətlə, DSX hansı hallarda və hansı qanuna əsaslanaraq bu məsələyə müdaxilə edə bilər?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, ən çox çimərlik mövsümündə rast gəldiyimiz su nəqliyyatı vasitəsi olan skuter (su motosikleti, hidrosikl) kiçikhəcmli gəmilərin bir növüdür. Skuterlərin insanların çimdikləri zonada istismarı qadağandır:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət