Slimfit
  1. DÜNYA

Çimərlikdə siqaret çəkmək qadağan edilir

Çimərlikdə siqaret çəkmək qadağan edilir
Sakura

Çimərlikdə siqaret çəkmək qadağan edilir

Layihənin əsas şüarı isə "Siqaretdən imtina et, təmiz dəniz havasını ciyərlərinə çək!"dir

Ümumdünya Səhiyyə Təşkilatı İtaliyanın Səhiyyə Nazirliyi ilə birgə bir layihəyə start verilib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu layihə ilə İspaniyanın ən məşhur çimərliklərindən biri olan Bibionedə siqaret çəkmək qadağan edilir. Mayda qüvvəyə minəcək qərardan turistlərin məmnun olub-olmadığını öyrənmək üçün sorğu təşkil edilib. Bəlli olub ki, 2 min 293 turistdən 1729-u qüvvəyə minəcək qanun layihəsinin tərəfdarı olduğunu bildirib. Sorğuda iştirak edənlərin 1145 nəfəri isə siqaretin ümumiyyətlə qadağan edilməsinin tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, qanun layihəsində siqaret çəkmək üçün çimərlikdən 300-400 metr aralıqda xüsusi kabinetlərin ayrılacağı əksini tapıb.

Bu layihənin əsas şüarı isə "Siqaretdən imtina et, təmiz dəniz havasını ciyərlərinə çək!"dir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR