Dərc edildi: Baxış sayı: 916
Çimərlik və hovuzlarda koronavirus təhlükəsi varmı?
Dəniz, hovuz və SPA salonlarında koronavirusa yoluxma riski çox azdır.
Ens.az BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu nəticəyə İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurasının alimləri gəlib.
Araşdırmaya əsasən, dəniz suyundakı duz yoluxma riskini azaldır. Hovuz və SPA salonlarında isə virusları zərərsizləşdirən dezinfeksiyaedici maddələr istifadə olunur.
Bundan əlavə, sauna və hamamlarda adətən temperatur 60 dərəcədən yuxarı olur. Bu da virusun ölməsinə səbəb olur.
Digər tərəfdən, alimlər xəbərdarlıq edirlər ki, duzsuz və təmizlənməmiş sularda yoluxma riski çoxdur, bu səbəbdən də belə yerlərdə çimərkən müvafiq tədbir görülməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət