Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Çili bibəri ölümcül xəstəliyin dərmanıymış

Çili  bibəri ölümcül xəstəliyin dərmanıymış
Sakura

Çili bibəri ölümcül xəstəliyin dərmanıymış

Çili bibərinin tərkibində olan kapsaitsin maddəsi ağciyər xərçənginin inkişafını ləngidə bilər. ABŞ-ın  Marşall Tibb Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində belə qənaətə gəliblər.

Kapsaitsin alkoloidinin effektivliyi genetikası modifikasiya edilmiş, xərçəng daşıyıcıları olan siçanlar  üzərində aparılan təcrübələr zamanı sübut olunub. Kapsaitsin maddəsi xərçəngə yoluxmuş hüceyrələrdə metastaz prosesinin birinci mərhələdə inkişafını dondurub. Bu maddə insanda ağciyər xərçəngində də eyni effekti göstərib.

İndi alimlər kapsaitsin maddəsinin  zərər vermədən orqanizmə yeridilməsi yolları üzərində düşünürlər. Belə ki bu maddə orqanizmdə mədə sancılarına səbəb olur,  mədə-bağırsağın selikli qişasına ciddi  zərər vura bilir.

Mütəxəssislərin  fikrinə görə, tezliklə bu maddədən  xərçəng xəstəliyinin müxtəlif növlərinin müalicəsində istifadə etmək mümkün olacaq.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR