Dərc edildi: Baxış sayı: 429
Çili-Azərbaycan dostluq qrupları yaradıldı
Çili Milli Konqresinin Senatında və Deputatlar Palatasında Azərbaycanla dostluq qrupları yaradılıb.
Azərbaycanın Çilidəki Diplomatik Nümayəndəliyindən Axar.az-a daxil olun məlumatda bildirilir ki, dostluq qruplarının tərkibi, sədr və müavinləri artıq təsdiq edilib.
Qrup üzvləri arasında keçirilən səsvermə nəticəsində, senator Fransisko Çauan Konqresin yuxarı palatasında Çili-Azərbaycan dostluq qrupunun sədri, deputat Qabriel Silber Romo isə Konqresin aşağı palatasında Azərbaycanla dostluq qrupunun sədri seçilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət