Dərc edildi: Baxış sayı: 480
Cib kalkulyatorunun ixtiraçısı vəfat edib
Cib kalkulyatorunun ixtiraçılarından biri olan Cerri Merriman həyatının 78-ci ilində dünyadan köçüb. FaktXeber.com-un məlumatına görə, bu barədə Bloomberg xəbər verib.
Məlumata görə, Merriman kardiostimulyatorun qurulması ilə bağlı yaranan ağırlaşma ilə əlaqədar Dallasda klinikaya aparılıb.
Ölümə səbəb kimi kəskin ürək və böyrək çatışmazlığı göstərilir.
Qeyd edək ki 1965-ci ildən etibarən Merriman 3 nəfərlik komanda ilə birlikdə kitabın ölçüsündən böyük olmayacaq elektron kalkulyatorun hazırlanmasü üzərində işləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət