Slimfit
  1. TEXNOLOGİYA

CIA-dan TikTok açıqlaması

CIA-dan TikTok açıqlaması
Sakura

CIA-dan TikTok açıqlaması

CIA ABŞ-da qadağan edilməsi rəsmiləşən TikTok ilə bağlı hesabat yayımlayıb.

Ens.Az ted.az-a istinadən bildirir ki, hesabata əsasən, Çin hökumətinin tətbiq vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını əldə etməsinə dair hansısa ipucu tapılmayıb.

New York Times-ın xəbərinə görə, Çin firması ByteDance-a aid olduğu için Çin hökumətinin TikTok vasitsilə məlumat əldə etməsinin mümkünlüyü vurğulansa da, bu, iddiadan o tərəfə keçməyib.

Onu da qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp TikTok-u ABŞ vətəndaşlarının məlumatları sızdırmaqda yox, Çinin hökumət rəsmilərinin yerlərini izləyə biləcəyi, şantaj üçün şəxsi fayllara giriş edərək casusluq edə biləcəyi məsələsində günahkar hesab edir.

Məsələ ilə bağlı açıqlama verən senator Mark Warner TikTok-un təhlükəsizlik üçün böyük problem yaratsa da, bu problemin Huawei-in yaratdığı qədər ciddi olmadığını bildirib.

Qeyd edək ki, Tramp TikTok və WeChat-i ABŞ şirkətlərinə satılmadığı halda 45 gün ərzində ölkə ərazisində qadağan etməyi rəsmiləşdirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR