Slimfit
  1. AVTO VƏ MOTO

Chevrolet Niva yeni multimedia sistemini əldə edib

Chevrolet Niva yeni multimedia sistemini əldə edib
Sakura

Chevrolet Niva yeni multimedia sistemini əldə edib

GM-AvtoVAZ şirkəti Chevrolet Niva modelini yeni multimedia sistemi ilə təchiz edəcək. Yeni multimedia sistemi Chevrolet Niva LEM və GLC Multimedia modifikasiyalarında quraşdırılacaqdır.

Multimedia kompleksi yeddi düymlük sensorlu ekrana malikdir və Windows CE 6.0 əməliyyat sistemi ilə çalışır. Arxa görüntü kamerasından alınan görüntülər də ekranda göstərilir. Bundan başqa, multimedia sistemi SD-kart və USB fləş yaddaş qurğularında olan audio və video fayları çaldıra, smartfona Bluetooth vasitəsi ilə qoşula bilər. Multimedia sistemi Navitel naviqasiya sistemini də dəstəkləyir.

Qeyd etmək lazımdır ki, yeni multimedia sistemini əvvəlki illərdə buraxılmış Chevrolet Niva modellərinə də quraşdırmaq olar. Lakin, şirkət onun qiymətini açıqlamayıb.

 

Mənbə: Autograph.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR